muharib%C9%99

Avropa İttifaqı 2030-cu ilə qədər potensial hərbi çağırışlara hazır olmaq üçün böyük müdafiə islahatına hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat dərc edib.

Agentlik -nin müdafiə planlamasından və satınalma sisteminin yenidən qurulması haqda sənəddən xəbər tutub. Plana görə, -nin birgə silah alışının 2027-ci ilin sonuna qədər 40%-ə çatacağı gözlənilir. Bu da indiki səviyyədən iki dəfə çoxdur.

Sənəddə deyilir: “Avtoritar dövlətlər getdikcə cəmiyyətimizə və iqtisadiyyatımıza müdaxilə edir. Ənənəvi müttəfiqlər və tərəfdaşlar diqqətlərini dünyanın digər regionlarına yönəldirlər. Hərbiləşdirilmiş Rusiya yaxın gələcək üçün Avropanın təhlükəsizliyinə təhdid yaradır. Buna görə də, ölkələrinə hərbi xərcləri koordinasiya etmək və birgə müdafiə proqramlarını həyata keçirmək üçün tez bir zamanda koalisiya yaratmaq tövsiyə olunur.

həmçinin Rusiyanın hücumlarını dəf etməkdə Ukraynanın təcrübəsinə əsaslanan təşəbbüsləri həyata keçirmək niyyətindədir. Bu proqramların 2026-cı ildə başlaması, 2027-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: