“Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü ildə amerikalı həmkarı Bill Klintonla görüşündə NATO-nun genişlənəcəyi təqdirdə ilk növbədə Rusiyanın Alyansa daxil olmasını təklif edib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” ABŞ Milli Təhlükəsizlik Arxivinin dərc etdiyi stenoqrama istinadən məlumat yayıb.
Bu məsələnin həmin il yanvarın 14-də Novo-Oqarevoda prezidentlər arasında keçirilən görüşdə müzakirə olunduğu bildirilib.
Görüş zamanı Rusiya prezidentinin “Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə kömək etmək üçün ABŞ, Rusiya və Avropa ölkələri də daxil olmaqla, bir növ, kartel yaratmaq lazımdır” fikrini irəli sürüb. Boris Yeltsinin fikrincə, Rusiya Alyansa qoşulandan sonra Mərkəzi və Şərqi Avropanın digər ölkələri də ona qoşulacaqdı.
Nəşr yazır ki, ABŞ prezidentinin rusiyalı həmkarının bu təklifinə cavabı bir qədər “təmkinli” olub. Klinton Yeltsinlə söhbətində Rusiyanın böyüklüyündən bəhs edib, lakin sözügedən təklifə konkret münasibət bildirməyib.
Ayşən Mustafa
Globalinfo.az