ABŞ-ın demokrat senatoru Con Fettermanın İsrailin Baş naziri Benyamin Netanyahu ilə Vaşinqtonda keçirdiyi görüşdən yayılan görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, kadrlarda Fettermanın rəsmi görüşə şort, svitşört və idman ayaqqabısı ilə qatıldığı görünür.
Onun qeyri-rəsmi geyim tərzi istifadəçilərin diqqətini çəkərək müxtəlif reaksiyalar doğurub.
Həmçinin senatorun Netanyahu danışarkən telefonunda “TikTok”a baxdığı da iddia edilib.
Qeyd edək ki, Fetterman uzun illərdir rəsmi tədbirlərdə də rahat geyim tərzinə üstünlük verməsi ilə tanınır.
Netanyahu, İsrail yanlısı Demokrat Senatör John Fetterman’la buluştu.
Netanyahu’da it gibi davranan Fetterman, görüşmeye de şortla geldi, Netanyahu konuşurken telefonuyla tiktok izledi. pic.twitter.com/Q1Lo8eCSMR
— Diplomatik Strateji (@diplomatikstji) July 30, 2026
Əliyar Xəlil
Globalinfo.az