Şəkidə faciəvi qəza – İki azyaşlı öldü – ADLAR / TƏFƏRRÜAT

Şəkidə baş verən ağır yol qəzasında ölən azyaşlıların kimliyi məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı hadisə yerində ölən azyaşlılar rayonun Çayqaraqoyunlu kənd sakinləridir.

Bunlar 2016-cı il təvəllüdlü Elşad Mikayıl oğlu Həşimov və 2013-cü il təvəllüdlü Çiçək Cəmil qızı Əhmədovadır.

***

Şəkidə baş verən ağır qəzanın bəzi təfərrüatı məlum olub.

Məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan 2 azyaşlı isə hadisə yerində ölüb.

Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəkidə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara görə, qəza zamanı 2 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.