Şəhid Ruslan Əlizadə haqda sənədli film – VİDEO

Vətən müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu barəsində sənədli film hazırlanıb. 

Globalinfo.az xəbər verir ki, “Mübarizim prodakş” tərəfindən hazırlanan filmdə şəhidin həyat yolu haqqında valideyinləri, qohumları, dostları danışıb.

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Əlizadə Ruslan Arif oğlu  19 noyabr 1993-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olub. Orta təhsilini Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmış, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərkibində qulluq edib. Hərbi xidmətdən sonra bir müddət kənddə valideynlərinin yanında olub. Sonra öz arzusu ilə yenidən müqavilə ilə  Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq çalışıb.

Ruslan Əlizadə 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşmuş və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Bəydili kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan Prezidentinin Sərəncamları ilə  Ruslan Əlizadə ölümündən sonra “Vətən uğrunda”,  “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”   və “İgidliyə görə”  medalları ilə təltif olunub.

Subay idi.

Allah rəhmət eləsin!