Şəhid polkovnik-leytenantın oğlundan böyük uğur – FOTO

Dünya Robot Olimpiadasında tarix yazan Azərbaycanın “Village Boys” komandasının 3 üzvündən biri Hacı Hacıyev Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərən şəhid polkovnik-leytenant Abakar Hacıyevin oğludur.

Globalinfo.az bildirir ki, Hacı özü də Zaqatala rayon, Akademik Zərifə Əliyeva liseyinin X sinif şagirdidir.

Qeyd edək ki, Zaqataladan olan “Village Boys” (Kəndli oğlanlar) komandası dünya çempionluğunu cəmi 1.9 xalla qaçıraraq 84 ölkəni geridə qoyub və dünya 2-cisi olaraq gümüş medal qazanıb.

Bir 2 nəfər şəkili ola bilər

Malik Liftiyev
Globalinfo.az