Səfirlikdən Azərbaycandakı israillilərə MÜRACİƏT

İsrailin Azərbaycandakı səfirliyi ölkəmizdəki israillilərə müraciət edib.

Globalinfo.az xəbər verir ki, müraciət səfirliyin “X” hesabında yayımlanıb.

“Bakıdakı bütün israillilərə! Oktyabrın 13-ü cümə günü İsrailə uçuş gözlənilir. Tezliklə “Israir”in saytına yüklənəcək və siz bilet sifariş edə biləcəksiniz. Zəhmət olmasa “Israir”in veb-saytını izləyin” ,- deyə müraciətdə qeyd olunub.