ABŞ Ukraynadakı münaqişənin yaxın aylarda başa çata biləcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker danışıb.
Onun sözlərinə görə, proses uğurla irəliləsə, münaqişə növbəti 90 gün ərzində sona çata bilər.
Diplomat həmçinin qeyd edib ki, Ukrayna ilə bağlı mümkün sülh sazişi üzrə aparılan müzakirələrdə əsas mübahisəli məsələlər əsasən ərazi məsələləri ətrafında cəmləşir.
“Vaşinqton Post” (VP) qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski ordunun Donbasdan çıxarılmasına və bölgədə demilitarizasiya zonası yaradılmasına razı ola bilər.
Tahir Turan
Globalinfo.az