Şarl Mişel Mərkəzi Asiyaya səfər edəcək

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə o tviterdə yazıb.

Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, orada prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.

“Oktyabrın 28-də Özbəkistana səfər edəcəm və prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacam”, – Avropa İttifaqı Şurasının rəhbəri deyib.

Mişel qeyd edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.