Sakinlər şikayət etdi, 58 sürücü barəsində tədbir görüldü – FOTO

Baş DYP İdarəsinin istifadəsində olan 050-8000-902 Vatsap nömrəsinə 1 ay ərzində vətəndaşlarımız tərəfindən dayanma və durma qaydalarını pozan 62 sürücü barəsində fotomateriallar daxil olub, nəticə də 58 sürücü barəsində qanunamüvafiq tədbirlər görülüb, fotolarda 4 avtomobilin nömrə nişanını müəyyən etmək mümkün olmayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, qayda pozan sürücülərin əksəriyyətinin avtomobilləri səkilərdə və ya avtobus dayanacaqlarında saxladığı müəyyən edilib.

“Sürücülərin bir daha nəzərinə çatdırırq ki, səkilərdə və müəyyən olunmayan yerlərdə avtomobilləri saxlamaqla piyadaların və digər hərəkət iştirakçılarının hərəkətinə maneə olmasınlar”, – R.Tağıyev qeyd edib.