Şahzadənin qayınatasının 5 milyondan çox vergi borcu var

Uels şahzadəsi Uilyamın həyat yoldaşı şahzadə Middltonun valideynləri Kerol ilə Maykl Middltonun vergi borcları var.

Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, “Daily Mail”in məlumatına görə, onların “Party Pieces” adlı partiya şirkəti britaniyalı milyarderə satılmazdan əvvəl təxminən 2,6 milyon funt-sterlinq (təxminən 5 milyon 549 min 738 manat) itirib.

Şirkətin vergi orqanlarına 613 min funt-sterlinq borcu mövcuddur. Həmçinin, “Royal Bank of Scotland”a (RBS) koronavirus zamanı biznesi dəstəkləmək üçün götürdüyü kreditə görə 218 min funt sterlinq, digər kreditorlara 456 min funt-sterlinq və təminatsız kreditlər üçün 1.4 milyon funt-sterlinq borcu var.

“Party Pieces” qismən “Teddy Tastic Bear Company Limited”ə 180 min funt-sterlinqə satılıb.

Nəşrdən bildirilib ki, şirkətin gəliri 2021-2022-ci illər arasında 3,2 milyon funt-sterlinqə düşərək, 900 min funt-sterlinq zərər görüb.