Sahil Babayev yenidən hədəfdə – Tənqidlərin səbəbi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bəzi deputatlar, jurnalistlər və müxalifətçilər tərəfindən tez-tez sərt tənqid edilir. Məlum olduğu kimi, S.Babayev həssas sosial qrupların birbaşa bağlı olduğu struktura rəhbərlik edir. Ümumiyyətlə, Sahil Babayevə və rəhbərlik etdiyi quruma yönələn tənqidlər nə dərəcədə haqlıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, sosial həssas qruplarla işləmək həmişə çətin olub:

“Azərbaycan sosial dövlətdir. Sosial ehtiyacları olan bütün vətəndaşların tələbatlarının ödənilməsi üçün çox zəngin qanunvericilik bazası formalaşdıra bilib. Bu sahədə problemlərin həlli üçün ölkəmizdə aparılan idarəetmə islahatları çərçivəsində xeyli sayda mobil və effektiv qurumlar formalaşdırmağı bacarıb. Lakin bütün problemləri eyni vaxtda həll etmək də mümkün deyil. Hazırda sosial sahədəki problemlərin tənqid olunması bununla əlaqədardır. Azərbaycan yardıma ehtiyacı olan həssas qrupları özünü təmin edəcək rifaha qovuşdurmaqda qərarlıdır.

Hikmət Babaoğlu

Sosial problemlərin həlli keçid mərhələsindədir. Bir bir vaxtda demokratik cəmiyyətdə tənqidlərin olması normaldır. Lakin tənqid həm də ədalətli olmalıdır. Bu sahədə problemlərin həlli üçün son dövrlərdə böyük işlər görülüb”.

Safura Bənnayeva
Globalinfo.az