Aprelin 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə Milli Məclisin sədri Birləşmiş Krallıq Parlamentinin nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Spiker qonaqlara Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra bölgədə yaranmış yeni vəziyyət, ölkəmizin sülh təşəbbüsləri barədə danışıb, iki ölkənin parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb, bu sahədə dostluq qruplarının rolunu vurğulayıb.