“Şahed”lərə qarşı gizli silah: Ukraynadan tarixi addım

126035237294.90015
Ukrayna rəsmiləri “Şahed” kamikadze dronlarının qarşısını almaq üçün texnoloji həllər üzərində aktiv şəkildə işləyir. Rəqəmsal transformasiya naziri Mixail Fyodorov bu sahədə inanılmaz irəliləyiş əldə olunduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə ukraynalı jurnalistlərə müsahibəsində danışıb.

“Uzun illər ərzində həll edə bilmədiyimiz texnoloji problemlərlə bağlı müəyyən irəliləyişlər baş verdi. Mən bilmirəm, Rusiya bu cür məhsulu və ya məhsulları texnoloji baxımdan necə inkişaf etdirə bilər. Burada Qərb elmi mühiti ilə Ukrayna arasında yaranmış sinerji öz bəhrəsini verdi”, – deyə Fyodorov vurğulayıb.

Nazir bu texnoloji həllin tətbiq olunması ilə bağlı müddət barədə suala cavabında bildirib ki, nəticələr artıq yaxın aylarda hiss ediləcək.

“Yəni yay ərzində hamımız bu texnologiyanın işləyib-işləmədiyini görəcəyik,” – deyə o bildirib.

Aysel Əliyeva
Globalinfo.az