Şagirdlərə narkotik təklif edilir? – DİN-dən reaksiya

sinif mekteb 2

Bakıda fəaliyyət göstərən məktəblərdə uşaqlara konfet görüntülü narkotik dərmanların paylanılması ilə bağlı iddialar yayılıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla əlaqədar valideyn qruplarında çoxsaylı məlumatlar paylaşılır.

İddialara əsasən, azyaşlılar ayı balası formasında olan rəngli konfetlər vasitəsilə aldadılır.

Məlumatlarla əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov məsələ ilə bağlı bildirdi ki, sosial şəbəkələrdə ölkə ərazisində məktəblərdə şagirdlərə narkotik vasitə təklif edilməsi ilə bağlı paylaşılan məlumatlar həqiqəti əks etdirmir: “Polis əməkdaşları tərəfindən bu paylaşım tam və hərtərəfli araşdırılıb, müəyyən olunub ki, həmin paylaşım xarici ölkələrdən birinə aid internet resurslarında yayılıb”.

bb9155ff 71c3 40ae 83a9 038317b4c07b