Sabir Rüstəmxanlı iki ağır əməliyyat keçirdi

Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı bu həftə iki ardıcıl ağır cərrahiyyə əməliyyatı keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Sabir Rüstəmxanlı özü məlumat verib.

O bildirib ki, əməliyyatlar ayağında aparılıb, bir əməliyyat daxili qanaxmadan olub.

Xalq şairi hazırda yaxşı olduğunu, yavaş-yavaş gəzməyə başladığını vurğulayıb və onu əməliyyat edən tibb heyətinə təşəkkür edib.

Qeyd edək ki, xalq şairinin tanınmış alim Firudin Ağasıoğlunun oğlu Tengiz əməliyyat edib.