1779477236 703537341 18586066639024649 5442830874362877604 n 7

Xalq artisti Kamran Quliyevin səhhətində narahatlıq yarandığı üçün xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a jurnalist Səməd Canbaxşıyev məlumat verib.

O bildirib ki, Xalq artistinin sənət yoldaşları onu ziyarət ediblər:

“Kamran müəllim Rövşən Hüseynov, Yasəmən Ramazanova kimi Naxçıvan Dövlət Milli Dram Teatrının tarixində öz məktəbini, dəsti-xəttini yaradan sənətkardır. Allah can sağlığı versin. Naxçıvan teatrı bu cür sənətkarlarımızın qoyduğu yolun davamı kimi bu gün öz möhtəşəm tarixini yaradır”, – deyə jurnalist əlavə edib.

Qeyd edək ki, Xalq artisti, “Tərəqqi” medalı ilə təltif edilən Kamran Quliyev hazırda Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərir. O, uzun müddət Naxçıvan Teatrında çalışıb.

1779477219 706078220 18586066549024649 429660760198375631 n 23 1779477219 706122411 18586066531024649 7012186643042947033 n 13

Paylaş: