Ukrayna Ali Radasının sabiq sədri Oleksandr Tkaçenko vəfat edib.
Globalinfo.az xəbər verir ki, son 10 ildə xəstə olan siyasətçi əlil arabası vasitəsilə hərəkət edirdi.
Qeyd edək ki, Tkaçenko 1994-cü ildən 1998-ci ilədək ölkə parlamentinin sədri müavini, 1998-ci ildən 2000-ci ilədək isə eyni qurumun sədri olub. 2002-ci ildən isə Kommunist Partiyasını təmsil edib.