
Sabah ölkəmizdə itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib.
O bildirib ki, konfransda müxtəlif qitə və ölkələrdən qonaqlar iştirak edəcəklər. Qonaqlar arasında keçmiş prezident və hökumət rəhbərlərinin olacağı gözlənilir.