Səmərqənddə Ərdoğan-Putin görüşü başa çatıb – YENİLƏNİB

Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Globalinfo.az bildirir ki, APA-nın verdiyi xəbərə görə, görüş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində Səmərqənddə baş tutub.

Ərdoğan və Putin ikitərəfli əlaqələri, eyni zamanda regional məsələləri müzakirə edəcəklər.

Türkiyə və Rusiya liderlərinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki son gərginliyi də müzakirə edəcəyi gözlənilir.

Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüş başa çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçılarının 22-ci Zirvə Toplantısı çərçivəsində baş tutan görüş 40 dəqiqə davam edib.