Səfir: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”

 

Türkiyə səfiri Cahit Bağcı Ermənistan-Azərbaycan sərhədində Ermənistanın törətdiyi təxribatlarla bağlı paylaşım edib.

Globalinfo.az bildirir ki, paylaşımda deyilir:

“Azərbaycan-Ermənistan sərhədindəki erməni təxribatında şəhid olan igidlərə Allahdan rəhmət, ailələrinə və silahdaşlarına səbirlə başsağlığı, yaralı qardaşlarımıza şəfa diləyirik. Türkiyə Azərbaycanın haqlı davasında hər zaman yanında olub və olmağa davam edəcək”.