Səfir: “Azərbaycan Prezidenti Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyir”

“Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyir. Bu, bizim üçün olduqca əhəmiyyətlidir”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Kəşmirin qara günü” adlı tədbirdə deyib.

Səfir Pakistanla Azərbaycanın bir-birini dəstəkləməsinin təsadüfi olmadığını vurğulayıb: “Azərbaycan da eyni taleyi yaşayıb və biz hər zaman azərbaycanlı qardaşlarımızın yanında olmuşuq”.

Pakistanlı diplomat ölkəsinin Azərbaycan xalqından və dövlətindən daim dəstək aldığını xüsusilə qeyd edib.