Rüstəm Muradov yeni vəzifəyə təyin olundu

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov yeni vəzifəyə təyin olunub.

Globalinfo.az bildirir ki, APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bildirib.

Onun sözlərinə görə, Rusiya Qəhrəmanı Rüstəm Muradov Silahlı Qüvvələrin Şərq Hərbi Dairəsinin komandanı təyin edilib.