Türkiyə Qara dəniz taxıl sazişinin ən qısa zamanda bərpasını gözləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında bildirib.
“İyulun 17-də biz Rusiyadan sazişdən çıxma ilə bağlı bildiriş aldıq. Biz taxıl müqaviləsinin uzadılması üçün əhəmiyyətli səylər göstəririk və Rusiyanın danışıqlar masasıma qayıtmasının məqsədəuyğunluğuna inanırıq”, – H.Fidan deyib.