000010010111 pic 32ratio 900x600 900x600 19296

Voronej Mərkəzi Rayon Məhkəməsi vilayətin keçmiş sahibkarlıq, ticarət və turizm naziri Gennadi Şvırkov barəsində həbs-qətimkan tədbiri seçib.

Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məhkəmənin mətbuat xidmətinin açıqlamasına əsasən, Şvırkov 2025-ci il avqustun 9-dək həbsdə qalacaq. O, xüsusilə böyük miqyasda dələduzluqda ittiham olunur.

Qeyd edək ki, iyulun 9-da Şvırkovun saxlanıldığı barədə məlumat yayılmışdı. Jurnalistlər onun Semilukski Rayon Administrasiyasına rəhbərlik etdiyi dövrdəki fəaliyyətinin bu cinayət işinə səbəb olduğunu ehtimal edirdilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: