“Zərurət yaranarsa, Rusiya İran və İsrail arasında münaqişənin həllində vasitəçilik xidmətləri göstərməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O, Rusiyanın Yaxın Şərqdə gərginliyin aradan qaldırılması üçün əvvəl də vasitəçilik təklifi etdiyini bildirib:
“Prezident Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla telefon söhbətində irəli sürdüyü təkliflər masada qalır. Moskva zərurət yaranarsa, vasitəçilik funksiyasını yerinə yetirə bilər”.
Əliyar Xəlil
Globalinfo.az