rusiya 1

Rusiyada Ermənistanın “Jermuk” sularının satışı qadağan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məhdudiyyətlərin səbəbi kimi vətəndaşların sağlamlığına mümkün zərərin qarşısını almaq məqsədilə Rospotrebnadzora edilən müraciət göstərilir. Həmçinin sənəddə “məcburi tələblərin pozulması” da qeyd olunub.

“Ümumilikdə 338 min şüşə mineral su dövriyyədə olub və yoxlamalar başa çatana qədər onların satışı dayandırılıb”, – deyə bildirilib.

Məlumata görə, qadağa 2026-cı il 17 fevraldan mart ayına qədər istehsal olunan məhsullara aiddir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: