Zelenski Stepan Banderanın taleyini yaşayacaq – Medvedev

“Əgər “Krokus”da törədilən terror aktında Ukrayna liderlərinin əli varsa, bu zaman onları məhv etmək lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O bildirib ki, terror aktının arxasında “Azov təmsilçiləri”nin və ya Ukrayna prezidenti Vladimir Zelenskinin dayandığına dair kifayət qədər sübutlar təqdim olunsa da,  bu şəxslər Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmayacaqlar.

“Krokus Siti Holl”da törədilən terror aktında əli olduğu təsdiqlənsə, Ukrayna rəhbərliyi Stepan Banderanın taleyini yaşayacaq. Amma hər nə olursa-olsun, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və Ukrayna Prezidenti Vladimir Zelenski Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmayacaq. Rusofobik konsensusun və Təhlükəsizlik Şurasındakı Anqlo-Saksonların veto hüququna görə BMT-də belə bir qərarın qəbul edilməsi real deyil”, – Medvedev bildirib.

“Bəs biz nə etməliyik? SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin müharibədən sonra Konovalets və Bandera ilə etdiyi kimi davranmalıyıq. Fürsət düşəndə isə Kiyevdə və ya başqa uyğun yerdə ​​Ukrayna liderlərini məhv etməliyik”, – deyə Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az