Rusiyadan ÇAĞIRIŞ: Kiyev yüzminlərlə ukraynalını xilas edə bilər

“Kiyev döyüşləri dayandırarsa, yüz minlərlə ukraynalının həyatını xilas edəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov fikir səsləndirib.

O bildirib ki, Kiyev hakimiyyəti bu gün küçələrdə, kilsələrdə və digər yerlərdə insanları tutaraq cəbhəyə yollayır. Ancaq döyüşlər dayansa, bu insanlar canlarını xilas edəcəklər.

Lavrov əlavə edib ki, ukraynalıların Rusiya ilə münaqişədə heç bir marağı olmayıb və indi də yoxdur. Ancaq  anqlo-saksların, onların əlaltılarının və Kiyev elitasının bu məsələdə öz maraqları mövcuddur. Ona görə də, hazırkı Ukrayna hökuməti Qərblə qarşılıqlı məsuliyyət daşıyır. Bu səbəbdən də Zelenski hərbi əməliyyatlar bitdikdən sonra dərhal hakimiyyətini itirəcəyindən qorxur.

Əliyar Xəlil,

Globalinfo.az