***
14:43
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münasibətlərin normallaşmasına dair danışıqları bərpa etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Sülh prosesinin alternativi yoxdur. Biz bunda qərarlıyıq . Tərəfləri bəyanatlarında və hərəkətlərinə təmkinli olmağa və münasibətlərin normallaşması üzrə danışıqları bərpa etməyə çağırırıq”, – o bildirib.
M.Zaxarova ABŞ dövlət katibi Entoni Blinkenin “Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər” bəyanatına da münasibət bildirib:
“Gəlin baş vermiş hadisəni şərh edək. Perspektivləri çoxları şərh edir. Lakin biz o mövqedən çıxış edirik ki, əvvəl sülh olmalıdır, sonra isə onu şərh etmək lazımdır. Biz hər zaman şərh verməyə hazırıq. Lakin burada şərh ediləsi bir şey yoxdur”.