Rusiyadan AB-nin 12-ci sanksiya paketinə reaksiya

Rusiyaya qarşı qeyri-qanuni planın bütün hərəkətləri müvafiq cavabını alır. Əvvəl də belə olub, indi də belə olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Birliyinin 12-ci antirusiya sanksiyalar paketini şərh edərkən deyib.

“Biz ənənəvi olaraq cavab veririk. Siz də yaxşı bilirsiniz ki, ölkəmizə qarşı qanunsuz plan üzrə atılan bütün addımlara, hərəkətlərə müvafiq cavab verilir”, – o vurğulayıb.

Qeyd edək ki, ötən gün Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.