Pentaqon: “Bu, Çin üçün strateji qələbə deməkdir”

“Rusiyanın Ukraynadakı qələbəsi Çin üçün strateji qalibiyyət demək olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino deyib.

“Rusiyanın Ukraynada strateji qələbəsi Çin lideri Si Cinpin üçün strateji qalibiyyət olacaq. Bu, Putin üçün qələbə, ABŞ üçün isə strateji məğlubiyyətdir”, – Akvilino bildirib.

Qeyd edək ki, G7 liderləri Ukraynaya hərbi yardım göstərmək üçün Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması məsələsini nəzərdən keçirəcək.

Əliyar Xəlil
Globalinfo.az