
Rusiyanın Orenburq şəhərinin yaxınlığındakı Mednoqorskda yeniyetmə qatarın damında yanıb.
Globalinfo.az xəbər verir ki, hadisə ilə bağlı videonu “Ostorojno, novosti” “Telegram” kanalı yayıb.
Məlumatda bildirilib ki, 17 yaşlı oğlan gecə saatlarında qatarın üzərinə çıxıb selfi çəkmək istəyərkən naqillərə toxunub. Elektrik cərəyanının təsirinə məruz qalan yeniyetmə 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.