Meksikada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, daha 72 nəfər itkin düşüb.

Globalinfo.az-ın “El Universal”a istinadən verdiyi xəbərə görə, bu barədə Milli Mülki Müdafiə Koordinatoru məlumat yayıb.

İnfrastruktur Nazirliyinin məlumatına görə, ümumilikdə 108 ərazi zərər çəkib, 160 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.

Paylaş: