lukasenko1

“Belarus yaxın gələcəkdə Rusiyanın tərkibinə daxil olmayacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya parlamentinin yuxarı palatasının tribunasından bildirib.

“İstər Belarusda, istərsə də Rusiyada hamı bu məsələyə köhnə üsulla yanaşır. Rusiya nə vaxt Belarusun bir hissəsi olacaq və ya əksinə – Belarus Rusiyanın bir parçasına çevriləcəkmi? Tezliklə bunun baş verməsi mümkün deyil”.

Lukaşenko bildirib ki, sözügedən ehtimal hər şeyi məhv edə bilər:

“Dövlətlərin birləşməsi Boris Yeltsinin prezidentliyi dövründə də baş verə bilərdi. Amma həmin anı əldən verdik”.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: