rusiya ukrayna 11

“Rusiya Ukrayna qarşısında kapitulyasiyaya getməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz mövqeyimizi min dəfə izah etmişik. Putin dəfələrlə deyib ki, Zelenski özü-özünə və tabeliyindəkilərə Rusiya ilə danışıqları qadağan edib. Bizim prezident deyib ki, hər şeydən öncə Zelenski qoyduğu bu qadağanı ləğv etməlidir.

Hazırda iki ölkə arasında heç nə baş vermir, onlar yenə də bizi konstruktiv yanaşma göstərməyə çağırırlar və düşünürlər ki, bu, kapitulyasiya deməkdir. Amma heç bir kapitulyasiya olmayacaq. Xüsusi hərbi əməliyyat (Rusiyanın Ukraynadakı işğalçı müharibəsi – red.) bütün hədəflərinə çatacaq, şübhəniz olmasın” – deyə o bildirib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci ilin fevralından bu yana davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: