Türkiyə İsrailə qarşı yeni əks tədbirlər görəcək

Türkiyə hakimiyyəti İsrailə qarşı bəzi yeni əks tədbirlər görməyə qərar verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

“İsrail Qəzza zolağına yardım çatdırmaq cəhdlərimizin qarşısını almağa çalışır. Bu vəziyyətlə əlaqədar olaraq biz İsrailə qarşı bir sıra yeni tədbirlər tətbiq etmək qərarına gəldik. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən bu tədbirlər dərhal və mərhələli şəkildə həyata keçiriləcək”, – o bildirib.

H.Fidan qeyd edib ki, bu tədbirlər İsrail tam atəşkəs elan edənə və humanitar yardımın Qəzzaya maneəsiz axınına icazə verənə qədər qüvvədə qalacaq.

Nazir bildirib ki, əvvəllər humanitar yardım İordaniya vasitəsilə Qəzzaya göndərilib və paraşütlərdən atılıb:

“Türkiyə İordaniyanı bu işə qoşulmağa və öz hava qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə yardım göstərməyə dəvət edib. Bu təklif İordaniya hakimiyyəti tərəfindən müsbət qarşılanıb. İsrailin bu planı rədd etməsi bu gün məlum olub”.

Fidan qeyd edib ki, Türkiyə bu günə qədər Qəzza sakinlərinə 42 min ton yardım göndərib.