Rusiya Ukrayna ordusunun itkilərini açıqladı

Iqor Konasenkov

Rusiya tərəfi müharibənin 1214-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda statistik məlumatları yeniləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlamasında bildirib.

O qeyd edib ki, müharibənin başladığı gündən indiyə qədər Ukraynaya məxsus 663 təyyarəsi, 283 helikopteri, 64 682 PUA-sı, 611 zenit-raket kompleksi, 23 997 tank və digər zirehli texnikası, 1 572 reaktiv yaylım atəş sistemi, 26 451 artilleriya və minaatanı, 37 102 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Globalinfo.az