Rusiya qisas əməliyyatlarına start verdi – İrəvan hədəfdə

http://www.ricksteves.com/plan/destinations/east/russia_impressions.htm

Ermənistan-Rusiya münasibətlərindəki gərginlik artıq müxtəlif sahələrdə də özünü göstərir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Artıq Rusiyada yaşayan və bizneslə məşğul olan ermənilərin narahatlıqlarının artdığı bildirilib. Çünki Roma Statutunun ratifikasiya edildiyi gün Rusiyada ermənilərə məxsus olan bir neçə təşkilatda reydlər keçirilib. Bundan əlavə, Rusiyanın nəhəng ərzaq şəbəkələrindən biri erməni tədarükçüyə zəng edərək yaxın vaxtlarda məhsul qəbulunu dayandıracağını bildirib. Larsda dayanan TIR-ların da ekspertizasının 1-3 ay çəkə biləcəyi vurğulanır.

Ermənilərin ən qorxduğu məqam isə Rusiyada sayı milyonu ötən miqrantların qovulmasıdır.