Rusiya havaların soyuduğu bir zamanda Ukraynanın enerji infrastrukturlarına kütləvi hücumlar həyata keçirdi.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph”ın məqaləsində qeyd olunur.
Nəşr yazır ki, sonuncu belə hücum Kiyevin çox hissəsi və ətraf bölgələrdə elektrikin kəsilməsinə səbəb oldu. Həmçinin su təchizatında da fasilələr yarandığı bildirilir.
Bu hücumların qışın yaxınlaşdığı ərəfədə planlı şəkildə həyata keçirildiyi, mülki əhalini istilik və elektrik enerjisiz qoymaq, onların döyüşləri davam etdirmək əzmlərini zəiflətmək məqsədi daşıdığı qeyd edilir. Həmçinin rus ordusunun müharibənin davam etdiyi müddətdə hər qış öncəsi eyni addımı atdığı bildirilir.
Nəşr vurğulayıb ki, son həftələr Rusiya Ukraynadakı elektrik stansiyalarına və enerji obyektlərinə hücumları intensivləşdirib.
Globalinfo.az