Belarusun müxalifət lideri Svetlana Tixanovskaya İrəvana səfərini ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.

Məlumata görə, buna səbəb Litvanın ona təhlükəsizlik təminatı verməməsidir.

Belə ki, rəsmi Vilnüs müxalifət liderinə beynəlxalq tədbirdə iştirak üçün hətta bir təhlükəsizlik işçisi də vermək istəməyib.

“Bəli, Ermənistana çoxdan planlaşdırdığımız ilk səfərimizi ləğv etdik. Bu, xarici ölkədə şəxsi təhlükəsizliyin təmin edilməsinin dayandırılması qərarı ilə bağlıdır”, – Tixanovskayanın müşaviri Denis Kuçinski vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: