Rusiya nüvə silahını tətbiq edəcək?

Qərb ölkələri Rusiyanı sərt addımlar atmağa təhrik edir və düymələrə basmağını gözləyirlər, lakin Moskva bunu etməyəcək, çünki Ukraynanın cəbhə xəttində heç bir uğuru yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumda çıxışında deyib.

“Hər kəs sadəcə düymələri basmağımızı gözləyir. Amma belə bir ehtiyac yoxdur. Bu, ilk növbədə nəzərə alınır. Çünki cəbhədə düşmənin uğuru yoxdur, bütün məsələ budur”, – deyə o bildirib.