Rusiya müharibənin bitməsi üçün 6 şərt qoydu – Siyahı

Rusiya Xarici İşlər Nazirliyi Ukraynaya qarşı hərbi təcavüzün dayandırılması üçün altı şərt açıqlayıb. 

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixaylo Qaluzin Rusiya KİV-nə müsahibəsində bildirib.

Şərtlər bunlardır:

1) Ukrayna müqavimətdən əl çəkməlidir.

2) Ukrayna Qərb silahlarının tədarükündən imtina etməlidir.

3) Ukrayna NATO və Avropa Birliyinə üzv olmaqdan imtina etməlidir.

4) Ukrayna “yeni ərazi reallıqlarını” (Rusiyanın ərazisinin bir hissəsini işğal etməsini) tanımalıdır.

5) Ukrayna rus dilinə dövlət dili statusu verməlidir.

6) Ukrayna din azadlığına riayət etməlidir.