photo 5965552494761330984 y

Rusiya hərbçiləri Kiyev və Zaporojyeyə kütləvi raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, Kiyevin Solomenski rayonunda beşmərtəbəli yaşayış binası qismən dağılıb, həmçinin Kardiologiya İnstitutunun binasında yanğın baş verib.

Şəhərin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, 4 nəfər həlak olub, 10 nəfər yaralanıb. Ölənlərdən biri 12 yaşlı qız uşağıdır.

Kiyev vilayətində Buça, Fastov, Belaya Serkov və Obuxov rayonları da hücumlara məruz qalıb. Vilayətin Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik 27 nəfərin yaralandığını bildirib.

Zaporojyedə isə hücum nəticəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Vilayət hərbi administrasiyasının məlumatına görə, 27 nəfər xəsarət alıb.

photo 5965552494761330983 y photo 5965552494761330982 y

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: