Rusiya, İran və Çin birgə hərbi təlimlər keçirəcək

Rusiya, İran və Çinin iştirakı ilə Hind okeanında birgə hərbi dəniz təlimləri keçiriləcək.

Globalinfo.az bildirir ki, APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani deyib.

O, bu təlimlərin məqsədinin hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi olduğunu deyib.

Admiral qeyd edib ki, döyüş qabiliyyətinin artırılması və stabil təhlükəsizlik sisteminin yaradılması məqsədilə yaxın zamanda Hind okeanının şimalında Rusiya və Çinin də iştirakı ilə birgə hərbi dəniz təlimləri keçiriləcək.

Xatırladaq ki, Rusiya və Çin bu ilin sentyabr ayında, ABŞ tərəfindən atılan addımların yaratdığı narahatlıq fonunda, Müdafiə Nazirliyi xətti üzrə əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər.