Rusiya hərbi təyyarəsi Polşa hava məkanını pozdu

5b5d275e0f9cb4aa61bc7b46bd31d92c

Rusiya hərbi təyyarəsi Polşa hava məkanını pozub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata  görə, Rusiyaya məxsus SU-24MR hərbi təyyarəsi Polşanın hava məkanını pozub və təxminən bir dəqiqə sonra kursu dəyişərək uzaqlaşıb.

Polşa hava məkanına nəzarəti həyata keçirən xidmətdən Rusiya ilə əlaqə saxlanılıb və qarşı tərəf Polşanın hava məkanının pozulmasını təsdiqləyib. Buna səbəb kimi təyyarənin naviqasiya sistemindəki nasazlıq göstərilib.

Aysel Əliyeva
Globalinfo.az