Rusiya hərbi kontingentini Qarabağdan çıxarmağın yolu – Qəbələ RLS nümunəsi…

“Rusiya hərbçilərinin Qarabağda qalmaları üçün əsas və məntiq yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya öz siyasətində məntiqə söykənmir və bu, gələcək gedişatın necə olacağıyla bağlı bizdə haqlı narahatlıqlar yaradır:

Elxan Şahinoğlu

“Uğurlu nümunələrimiz var. 1990-cı illərdə Rusiya hərbi bazalarının tamamını Azərbaycandan çıxartdıq. 2000-ci illərdə Rusiyanın Qəbələ RLS-nin fəaliyyətinə son qoyduq, müqaviləni doğru olaraq uzatmadıq.

Üçüncü cəhdimizdə Rusiya hərbi kontingentini Qarabağdan çıxarmağa çalışmalıyıq, başqa alternativimiz yoxdur. Rusiya rəsmiləri bir ağızdan deyirlər ki, hərbi kontingentlə bağlı Bakı ilə danışıqlar aparacaqlar, sanki söhbət mürəkkəb mövzudan gedir, bircə dəfə demədilər ki, Azərbaycanın istənilən qərarına hörmətlə yanaşacağıq”.

Turan Rzayev
Globalinfo.az