Ukrayna ordusunun zərbələri nəticəsində Krımın Feodosiya şəhərində dörd gündür yanan neft bazasında daha bir anbar partlayıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Sosial şəbəkələrdə dəhəşətli yanğından video və fotolar yerləşdirilib.
Rusiya hökumət orqanları yanğın nəticəsində ətraf ərazilərdən 1137 nəfərin təxliyə olunduğunu bildirmişdi.
Qeyd edək ki, oktyabrın 7-də Ukraynanın zərbə endirdiyi neft bazasında 30-dan çox yanacaq anbarı mövcuddur. Zərbələr nəticəsindən onlardan ən azı 4-ü yanıb.