vybory v Armenii

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın İrəvana mümkün səfərinə hazırlıqlar Ermənistan tərəfi ilə müzakirə edlir.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə Rusiya səfiri Sergey Kopırkin məluumat verib.

O bildirib ki, görüş əvvəlcədən planlaşdırılıb və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ilə əlaqəli deyil.

“Səfərdə məqsəd qarşıdan gələn seçkilərin gedişatını nəzərdən keçirməkdir”, – deyə Kopırkin vurğulayıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri isə bildirib ki, Pamfilova ilə son görüşü zamanı həmkarı onu sentyabr ayında Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etməyə dəvət edib. Həmçinin o da öz növbəsində Rusiya Mərkəzi Seçki Komissiyasının sədrini Ermənistandakı seçki proseslərini müşahidə etmək üçün İrəvana çağırıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: