Rusiya Ermənistanı yenidən silahlandırır – Növbəti hədəf nədir?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib ki, Moskva ilə İrəvan arasında hərbi-texniki əməkdaşlıq sahəsində müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb. Həmçinin qeyd edib ki, Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişlərin imzalanmasını müzakirə edirlər.

Ermənistanın həm anti-Rusiya mövqeyi sərgiləməsi, həm də bu ölkədən hərbi texnika alması diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Vüqar Zifəroğlu bildirib ki, İrəvan öz aqressiyasından əl çəkməyəcək:

“Ermənistan” adlı layihənin kökündə Cənubi Qafqazda Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərmək dayanır. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində ermənilər tərəfindən, sonrakı mərhələdə də “Ermənistan” adlı layihənin reallaşması ilə bu prosesə şahid olmuşuq.

Vüqar Zifəroğlu

Qərb və Rusiya öz maraqlarını həyata keçirmək üçün rəsmi İrəvanı silahlandırır. Ermənistan Rusiyaya qarşı siyasət yürüdüb Qərbə meyillənsə də, Cənubi Qafqazda İrəvanı Moskvasız təsəvvür etmək çətindir. Onun Rusiyadan həm hərbi, həm də iqtisadi asılılığı var. Bunu da erməni və rus ekspertlər dəfələrlə qeyd ediblər.

Ermənistanı ayaqda saxlamaq naminə bu kimi yardımlar verilir və verilməkdə də davam edəcək”.

Safura Bənnayeva
Globalinfo.az